Ana səhifə / Dünya / Portuqaliya hərbi xərcləri artırır Portuqaliya hərbi xərcləri artırır 10.07.2024, 23:11 Portuqaliyanın Baş naziri Luis Monteneqro 2029-cu ildə ölkənin müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artıra biləcəyinə söz verib. "Operativ Media" xəbər verir ki, bu barədə o, Vaşinqtonda NATO sammitində iştirakı çərçivəsində müvafiq bəyanatla çıxış edib. Baş nazirin sözlərinə görə, respublika 2029-cu ildə dövlət büdcəsi xərclərinin 2%-ə bərabər məbləğdə hərbi xərclərə nail olmaq öhdəliyi götürüb. Monteneqro qeyd edib ki, respublikanın təxminən 4,186 milyard avro təşkil edən cari hərbi xərcləri 2029-cu ildə təxminən 6 milyard avroya çata bilər. Teqlər: "Portuqaliya h\u0259rbi x\u0259rcl\u0259ri art\u0131r\u0131r"