Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya Kiyevi dəstəkləməyə davam edəcək
Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri Ukraynanı dəstəkləməyə davam edəcəklərini vəd ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin Vaşinqtonda NATO sammiti çərçivəsində Asiya-Sakit okean regionunun dörd ölkəsinin liderləri ilə görüşündən sonra Ağ Evin bəyanatında deyilir.
"Prezident Co Bayden NATO sammiti çərçivəsində Koreya Respublikasının Prezidenti Yoon Seok-yeol, Yaponiyanın Baş naziri Fumio Kişida, Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson və Avstraliyanın Baş nazirinin müavini və müdafiə naziri ilə görüşüb. Onlar Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə qərarlıdırlar və onların hər biri Ukraynanı dəstəkləməkdə davam edəcəklərinə söz veriblər", - deyə məlumatda qeyd edilib.
Teqlər:
"Avstraliya Yeni Zelandiya C\u0259nubi Koreya v\u0259 Yaponiya Kiyevi d\u0259st\u0259kl\u0259m\u0259y\u0259 davam ed\u0259c\u0259k"