ABŞ Ukraynaya daha bir hərbi yardım paketi ayırıb.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Vaşinqtonda NATO sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.
"Bu gün mən Ukraynaya yeni hərbi yardım paketini elan etməkdən qürur duyuram", - ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, bu, Vaşinqtonun Kiyevə silah tədarükünü bərpa etməsindən sonra səkkizinci paketdir: "Mən bunu dünən gecə imzaladım".
O, paketə konkret nəyin daxil olduğunu açıqlamayıb.
Teqlər:
"AB\u015e Ukraynaya daha bir h\u0259rbi yard\u0131m paketi ay\u0131r\u0131b"