Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Vaşinqtonda keçirilən alyans sammitində qəbul edilən qərarlarla əlaqədar Fransanın NATO-dan dərhal çıxmasını tələb edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Filippo özünün "X" səhifəsində yazıb.
"Uzun illərdir müharibələr və dövlət çevrilişləri törədən bu strukturda ən azı bir dəqiqə qalmaq olmaz. NATO-dan çıxma dərhal həyata keçirilməlidir", - siyasətçi qeyd edib.