Menyu

21 ölkənin lideri Ukraynaya dəstək üçün təşəbbüslər paketini qəbul edib

21 ölkənin lideri Ukraynaya dəstək üçün təşəbbüslər paketini qəbul edib

Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və digər 17 ölkənin liderləri Ukraynaya dəstək məqsədi daşıyan təşəbbüslər paketi qəbul ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində yayımlanan "Ukrayna müqaviləsi" adlı sənəddə deyilir. 

"Bu gün biz NATO sammitinin birgə bəyannaməsində və müqaviləni imzalayan hər bir ölkənin təhlükəsizlik sazişləri və razılaşmalarında göstərildiyi kimi, Ukraynanın hərtərəfli təhlükəsizlik ehtiyaclarını ödəmək məqsədilə kollektiv səylərimizi əlaqələndirmək və sürətləndirmək üçün "Ukrayna Sazişi"ni elan edirik", - sənəddə qeyd olunur. 

İzah edilir ki, tərəflər bu müqavilə vasitəsilə Ukraynanın öz azadlığını, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü uğurla müdafiə edə bilməsini və gələcəkdə təcavüz aktlarının qarşısını almasını təmin etmək üçün davamlı niyyət və öhdəliklərini bəyan edirlər. 

Teqlər:

"21 \u00f6lk\u0259nin lideri Ukraynaya d\u0259st\u0259k \u00fc\u00e7\u00fcn t\u0259\u015f\u0259bb\u00fcsl\u0259r paketini q\u0259bul edib"

Əlaqəli Xəbərlər