Menyu

Sullivan və hindistanlı həmkarı ikitərəfli münasibətləri müzakirə ediblər

Sullivan və hindistanlı həmkarı ikitərəfli münasibətləri müzakirə ediblər

Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan arasında telefon danışığı olub. Tərəflər ikitərəfli maraq doğuran geniş spektrli məsələləri müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Milli təhlükəsizlik müşaviri cənab Ajit Doval 2024-cü il iyulun 12-də amerikalı həmkarı cənab Ceyk Sullivan ilə telefon danışığı aparıb. Onlar ikitərəfli, regional və beynəlxalq maraq doğuran geniş spektrli məsələləri müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Departament bildirir ki, tərəflər həmçinin Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ni birləşdirir) çərçivəsində 2024-cü ilin iyul ayında və daha sonra yüksək səviyyəli təmasları müzakirə ediblər.

Tərəflər ortaq dəyərlər, ümumi strateji və təhlükəsizlik maraqları üzərində qurulan Hindistan-ABŞ münasibətlərini daha da inkişaf etdirmək üçün yaxından işləmək barədə razılığa gəliblər", - deyə məlumatda bildirilir. 

 

 

Teqlər:

"Sullivan v\u0259 hindistanl\u0131 h\u0259mkar\u0131 ikit\u0259r\u0259fli m\u00fcnasib\u0259tl\u0259ri m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər