Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasından sonra Çinə səfər edə biləcəyini və Çin sədri Si Cinpinin Ankaraya cavab səfərinə gələ biləcəyinə ümid etdiyini bildirib.
"Operativ Media" xəbər verir ki, o bu barədə ABŞ-də keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Çox güman ki, BMT Baş Assambleyasının iclasından sonra Çinə səfər edə bilərəm. Ümid edirəm ki, cənab Si Cinpin 2025-ci ildə Türkiyəyə cavab səfəri edəcək", - Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, o, təşkilatın Astanada keçirilən sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri ilə Türkiyənin ŞƏT-ə üzvlüyü məsələsini müzakirə edib: "ŞƏT-in Astana sammitində Çin sədri Si Cinpinlə çox mehriban görüş keçirdik, o, bizi yenidən Çinə dəvət etdi və mən də öz növbəmdə onu ölkəmizə dəvət etdim. Bizim həm siyasi, həm də bütün məsələlərimizi müzakirə etmək imkanımız oldu".