Menyu

Ərdoğan: Suriya ilə normallaşma istiqamətində konkret addımlar gözlənilə bilər

Ərdoğan: Suriya ilə normallaşma istiqamətində konkret addımlar gözlənilə bilər
1 dəq oxu

Türkiyə 2012-ci ildə diplomatik əlaqələri kəsilən Suriya ilə münasibətləri normallaşdırmaq üçün tezliklə konkret addımlar ata bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də Şimali Atlantika Alyansının sammitində iştirak etdiyi Vaşinqtondan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Xarici işlər naziri Hakan Fidana tapşırıq verdim, o, həmsöhbətləri ilə görüşəcək və proses üçün yol xəritəsi hazırlayacaq. Ümid edirəm ki, yaxın gələcəkdə konkret addımlar atacağıq", - deyə Ərdoğan bildirib. 

Əlaqəli Xəbərlər