Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb
Nərmin Qocamanlı
Hindistan Meteorologiya Departamenti (IMD) Uttar Pradeş ştatının 10 rayonunda və Biharın bir neçə bölgəsində çoxlu sayda ildırım düşdüyünü bildirib.
"Operativ Media" xəbər verir ki, "Hindustan Times" qəzetinin xəbərinə görə, Uttar Pradeşdə ən azı 43, Biharda isə 20 nəfər ildırım vurması nəticəsində həlak olub.
Səhiyyə rəsmiləri həmçinin Bihar əyalətində 40 nəfərin yaralandığı barədə məlumat paylaşıblar.