İsrail əsgərləri Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində kəşfiyyat məlumatlarına əsaslanan məqsədyönlü əməliyyat fəaliyyətlərini davam etdirir.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin dəstəyi ilə bölgədə fələstinli radikalların İsrail əsgərlərini atəşə tutmaq üçün istifadə etdiyi tank əleyhinə raketlərin buraxılması üçün qurğuya zərbə endirilib.
Bundan əlavə, həmin ərazidə silahlı radikalların bir dəstəsi vurulub və radikalların istifadə etdiyi bir neçə yeraltı tunel şaxtaları və digər infrastruktur dağıdılıb.
Teqlər:
"\u0130srail R\u0259faha yeni h\u00fccum t\u0259\u015fkil edib"