Menyu

Paşinyan Trampa qarşı sui-qəsdi pisləyib

Paşinyan Trampa qarşı sui-qəsdi pisləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı edilən sui-qəsd cəhdini pisləyib və zorakılıq aktlarını demokratik cəmiyyətdə qəbuledilməz adlandırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Paşinyan "X"də paylaşım edib. 

"Biz ABŞ-nin 45-ci Prezidenti və yenidən prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyirik. Bu cür zorakılıq aktları demokratik cəmiyyətdə qəbuledilməzdir, çünki onlar bizim dərin dəyər verdiyimiz demokratiya və qanunun aliliyinin əsas prinsiplərini pozur. Mən Donald Trampa tezliklə sağalmağı arzulayıram", - Paşinyan yazıb. 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər