Japarov Trampa qarşı edilən sui-qəsd cəhdini pisləyib
Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı edilən sui-qəsd cəhdi ilə bağlı açıqlama verib, ona və bütün zərərçəkənlərə tezliklə sağalmalarını arzulayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Mən hazırkı prezidentliyə namizəd və ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Pensilvaniya ştatında seçki mitinqində ona qarşı törədilmiş sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm, onun, eləcə də zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram", - mətbuat xidməti qeyd edib.