İraq və Suriyanın şimalında 17 terrorçu zərərsizləşdirilib
Nərmin Qocamanlı
Türkiyə ordusu İraq və Suriyanın şimalında 17 terrorçunu zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Terrorçular üçün qaçmağa yer yoxdur, onlar üçün heç bir yer təhlükəsiz deyil!
Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı Metina və Qara bölgələrində müəyyən edilən 14 PKK terrorçusu, Suriyanın şimalındakı Barış bulağı bölgəsində isə 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib", - məlumatda qeyd olunub.