İnterpol xətti ilə axtarışda olan Rusiya vətəndaşı Antalyada saxlanılıb
Nərmin Qocamanlı
Antalya polisi Rusiyada rüşvət aldığı və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Rusiya vətəndaşı saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs baş hərfləri A.P olan 58 yaşlı Rusiya vətəndaşıdır.Yaxtanın göyərtəsində Azərbaycan vətəndaşı olan oğlu və Ukrayna vətəndaşı da olub.
Əməliyyat şübhəlinin Türkiyə ərazisini dəniz yolu ilə tərk etməyə çalışacağı barədə polisə məlumat daxil olduqdan sonra həyata keçirilib.
A.P.-nın yaşayış icazəsinin müddəti bitdiyi üçün saxlanılaraq Antalya Miqrasiya İdarəsinə aparılıb. Onun oğlu və yaxtada saxlanılan ukraynalı sərbəst buraxılıb. Axtarış zamanı polis axtarışda olan şəxsdən 7 min avro, 5 min dollar, 200 tay bahtı, türk şəxsiyyət vəsiqəsi, Rusiya pasportu, 4 ədəd mobil telefon, 1 ədəd noutbuk götürüb.
Teqlər:
"\u0130nterpol x\u0259tti il\u0259 axtar\u0131\u015fda olan Rusiya v\u0259t\u0259nda\u015f\u0131 Antalyada saxlan\u0131l\u0131b"