Almaniya Baş Prokurorluğu Hizbullahla əlaqədə olan şübhəli şəxsi saxlayıb
Almaniya Baş Prokurorluğu hazırda Almaniyada fəaliyyəti qadağan edilən Hizbullah təşkilatına üzv olmaqda şübhəli bilinən Livan vətəndaşını saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu bildirib.
"Dünən (14 iyul 2024-cü il) federal prokurorluq Livan vətəndaşı Fadel T.-ni Salzgitterdə müvəqqəti həbs edib. Bu gün (15 iyul 2024-cü il) təqsirləndirilən şəxs həbs qərarı çıxaran və icra edən Federal Məhkəmənin müstəntiq hakiminin qarşısına çıxıb. Həmin şəxsin xaricdə terror təşkilatına üzv olmaqda şübhəli bilindiyi bildirilir", - deyə məlumatda qeyd edilib.
Teqlər:
"Almaniya Ba\u015f Prokurorlu\u011fu Hizbullahla \u0259laq\u0259d\u0259 olan \u015f\u00fcbh\u0259li \u015f\u0259xsi saxlay\u0131b"