NYT: Çin Fəth və HƏMAS nümayəndələrini qəbul edəcək
Çin hakimiyyəti gələn həftə Pekində Fələstinin HƏMAS və Fəth hərəkatının yüksək səviyyəli nümayəndələrini qəbul edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə gələn həftə hərəkatın nümayəndə heyəti ilə birlikdə Çinin paytaxtına gələcək. Öz növbəsində, Fəth nümayəndə heyətinə hərəkatın üç yüksək rütbəli nümayəndəsi, o cümlədən Fəth sədrinin müavini daxil olacaq. Fəth və HƏMAS nümayəndələri bir sıra görüşlərdə hərəkatlar arasında münasibətləri normallaşdırmağa çalışacaqlar.
Qeyd olunur ki, Çinin xarici işlər naziri Van Yi iyulun 21 və 23-də Fələstin hərəkatlarının nümayəndələri ilə görüşlər keçirəcək. Bu tarixlər arasında tərəflərin Çin nümayəndələri olmadan görüş keçirməsi gözlənilir.