Menyu

ABŞ Moldovaya 20 ədəd Humvee zirehli maşını təhvil verəcək

ABŞ Moldovaya 20 ədəd Humvee zirehli maşını təhvil verəcək

ABŞ bu həftə Moldova ordusuna 20 ədəd HMMWV Humvee zirehli maşınını təhvil verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə respublika Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Avadanlıqlar 1995-ci il hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində yardım kimi verilir", - məlumatda aydınlaşdırılıb.

Bundan əvvəl Moldovada ABŞ, Aİ və NATO-nun dəstəyi ilə ordunun yenidən təchiz edilməsi proqramı təsdiq edilib.

Bundan əlavə, respublika hakimiyyəti 2023-cü ildə hərbi büdcəni 68% artıraraq 1,523 milyon leiyə (89 milyon dollar) çatdırıb, silah alışı və təlimlərini intensivləşdirib.

Teqlər:

"AB\u015e Moldovaya 20 \u0259d\u0259d Humvee zirehli ma\u015f\u0131n\u0131 t\u0259hvil ver\u0259c\u0259k"

Əlaqəli Xəbərlər