Menyu

Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Əziz Əzizli
Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
1 dəq oxu

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından ABŞ seçkilərində prezidentliyə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

"Operativ Media" xəbər verir ki, Tramp Milvaukeedə Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib.

Konqres iştirakçıları Trampı alqışlar və qışqırıqlarla qarşılayarkən, keçmiş prezident onları təbəssümlə qarşılayıb.

Konqresə qulağında sarğı ilə qatılan Trampı bu gün elan etdiyi vitse-prezidentliyə namizəd J.D.Vens müşayiət edib.

Əlaqəli Xəbərlər