Pakistanda terror aktı nəticəsində ən azı 8 əsgər həlak olub
Nərmin Qocamanlı
Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimal-qərbində yerləşən Bannu rayonunda hərbi qarnizona terror hücumu nəticəsində Pakistan ordusunun 8 əsgəri həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə “Reuters” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb .
İyulun 15-də minalanmış avtomobildə kamikadze və bir qrup silahlı ekstremist, o cümlədən kamikadze hərbçilərin yerləşdiyi əraziyə daxil olub. Partlayıcı maddə olan avtomobilin güclü partlaması mülki vətəndaşların kazarmalarını və evlərini dağıdıb, onlardan 8-i yaralanıb. Terrorçularla döyüşdə azı 8 əsgər həlak olub, daha 12 əsgər isə yaralanıb. Hadisə yerində antiterror əməliyyatı davam edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net