Macarıstan XİN: Ukraynadakı münaqişənin hərbi yolla həlli yoxdur
"Macarıstan Ukrayna münaqişəsinin həlli üçün səylərini davam etdirəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
"Hər kəs artıq bilir ki, bu müharibənin döyüş meydanında həlli yoxdur, bu, son iki il yarım ərzində çox aydın şəkildə sübuta yetirilib", - deyə nazir bildirib.
O əlavə edib ki, əgər döyüş meydanında həll yoxdursa, o zaman həll yolu yalnız danışıqlar masasında tapıla bilər.
"Əgər biz rabitə kanallarını bağlasaq, bir-birimizlə danışmasaq, yalnız bir tərəfi dinləsək, o halda uğura çatmaq olmayacaq. Ona görə də biz sülhməramlı missiyamızı davam etdirəcəyik", - Siyarto vurğulayıb.
Teqlər:
"Macar\u0131stan X\u0130N: Ukraynadak\u0131 m\u00fcnaqi\u015f\u0259nin h\u0259rbi yolla h\u0259lli yoxdur"