Menyu

ABŞ kəşfiyyatının rəhbərləri Trampa sui-qəsd cəhdi ilə bağlı ifadə vermək üçün Konqresə çağırılıb

ABŞ kəşfiyyatının rəhbərləri Trampa sui-qəsd cəhdi ilə bağlı ifadə vermək üçün Konqresə çağırılıb
1 dəq oxu

Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin qanunvericiləri ABŞ-nin keçmiş Prezidentinə sui-qəsd cəhdi ilə bağlı Milli Təhlükəsizlik katibi Alejandro Mayorkası, həmçinin Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Kristofer Rey və Məxfi Xidmət rəisi Kim Çitlini ifadə verməyə çağırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə komitənin "X" səhifəsində dərc edilmiş bəyanatda deyilir.

Sənəddən məlum olur ki, komitə iyulun 23-də keçmiş Amerika liderinin həyatına sui-qəsd cəhdi ilə bağlı dinləmələr keçirəcək.

Xidmət rəhbərləri iyulun 19-dək qanunvericilərə yazılı bəyanatlar təqdim etməlidirlər. 

Əlaqəli Xəbərlər