Lavrov və Siyarto Ukrayna böhranını müzakirə ediblər
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun macar həmkarı Peter Siyarto BMT-nin mənzil-qərargahında keçirilən görüşdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edərək, Kiyevin milli azlıqların hüquqlarını pozmasının yolverilməzliyini vurğulayıblar".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Mövcud beynəlxalq problemlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, Kiyevin ölkədə yaşayan milli azlıqların hüquqlarının kobud şəkildə pozulmasının yolverilməzliyi vurğulanıb", - Rusiya diplomatik departamenti qeyd edib.
Tərəflər Rusiya-Macarıstan siyasi dialoqunun səviyyəsini yüksək qiymətləndirib və iyulun 5-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə ediblər.
Teqlər:
"Lavrov v\u0259 Siyarto Ukrayna b\u00f6hran\u0131n\u0131 m\u00fczakir\u0259 edibl\u0259r"