KİV: Yaponiya Ukraynaya 3,3 milyard dollar verəcək
Nərmin Qocamanlı
Yaponiya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 3,3 milyard dollar (5,2 trilyon yen) yardım ayıracaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadən xəbər verir.
Bu, G7 ölkələrinin Ukraynaya kredit kimi ayırmağa razılaşdıqları ümumi 50 milyard dolların təxminən 6%-ni təşkil edəcək. O, Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin faizlərindən geri qaytarılacaq. Bu məbləğin 20 milyardının ABŞ və Avropa İttifaqı tərəfindən ayrılacağı, qalan 10 milyardının isə Yaponiya, Kanada və Böyük Britaniya tərəfindən öz aralarında bölüşdürülməsi gözlənilir.
Yaponiyanın ayırdığı pullar qeyri-hərbi yardım üçün istifadə olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net