Menyu

Əl-Cəzirə: İsrailin Qəzzada yaşayış binasına endirdiyi zərbə nəticəsində 8 nəfər həlak olub

Nərmin Qocamanlı
Əl-Cəzirə: İsrailin Qəzzada yaşayış binasına endirdiyi zərbə nəticəsində 8 nəfər həlak olub

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əz-Zəvaida şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində 8 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .

Məlumata görə, həlak olanlar və yaralananların kimliyi hələlik bilinmir.

Əl-Cəzirə İsrailin 7 oktyabr 2023-cü ildən bəri Fələstinə qarşı hərbi əməliyyatları nəticəsində 38 min 713 şəxsin öldürüldüyünü, 89 mindən çox fələstinlinin isə yaralandığını bildirir.

Ötən il oktyabrın 7-də Qəzza zolağından İsrailə HƏMAS yaraqlılarının girov götürülməsi ilə müşayiət olunmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər