Menyu

2024-cü ildə Maldiv adalarını 1 milyondan çox turist ziyarət edib

Nərmin Qocamanlı
2024-cü ildə Maldiv adalarını 1 milyondan çox turist ziyarət edib

Maldiv adaları 2024-cü ilin birinci yarısında 1 milyondan çox turist qəbul edib.

"Operativ Media" xəbər verir ki, müvafiq statistikanı ada dövlətinin Turizm Nazirliyi açıqlayıb.

Məlumatlara əsasən, ilin əvvəlindən adalarda qeydə alınan turistlərin sayı 1 milyon 92 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% çoxdur.

Maldiv adalarına gələn turistlərin sayına görə Çin birinci yeri saxlayır. Turizm Nazirliyinin məlumatına görə, arxipelaq 2024-cü ildə artıq Çindən 136 mindən çox turist qəbul edib. Rusiya 115 minə yaxın turistlə ikinci yerdədir. Böyük Britaniyadan gələn qonaqların sayı 98 min nəfər təşkil edərək, siyahıda dördüncü yeri tutub.

Maldiv adalarının səlahiyyətliləri 2024-cü ildə tarixdə ilk dəfə olaraq ildə 2 milyon turistin öhdəsindən gələ biləcəklərini gözləyirlər. 2023-cü ildə ölkəyə 1,8 milyon, 2022-ci ildə isə 1,6 milyon qonaq gəlib.

Maldiv adalarında 174 kurort, 855 mini otel və 15 böyük hotel var. 

Teqlər:

"2024-c\u00fc ild\u0259 Maldiv adalar\u0131n\u0131 1 milyondan \u00e7ox turist ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər