Menyu

BƏƏ ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir

Nərmin Qocamanlı
BƏƏ ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları ilin sonuna qədər ölkədə ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün müsabiqə elan etmək imkanını nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bu barədə Reuters agentliyi BƏƏ-nin MAQATE-dəki daimi nümayəndəsi Həməd əl-Kaabiyə istinadən məlumat yayıb .

“Hökumət bu variantı nəzərdən keçirir, hələlik tender prosesi ilə bağlı yekun qərar verilməyib, amma deyə bilərəm ki, hökumət bu məsələni fəal şəkildə öyrənir”, - deyə əl-Kaabi bildirib.

Agentlik bildirir ki, ölkədə ikinci atom elektrik stansiyasının tikintisi üçün müraciətlər, xüsusən də Rusiya, Çin və ABŞ tərəfindən verilə bilər. Obyektin tikintisi BƏƏ hökumətinə “on milyardlarla dollara” başa gələ bilər.

Teqlər:

"B\u018f\u018f ikinci atom elektrik stansiyas\u0131n\u0131n tikintisini n\u0259z\u0259rd\u0259n ke\u00e7irir"

Əlaqəli Xəbərlər