Lavrov: Rusiya Yaxın Şərqdə atəşkəsin tərəfdarıdır
"İsrail-Fələstin münaqişəsində daimi və genişmiqyaslı atəşkəs girovların azad edilməsini təmin edəcək və zərər çəkmiş və ehtiyacı olanların hamısına humanitar yardımı təmin edəcək".
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı deyib.
"Biz 120 israilli girovu və oktyabrın 7-dən bəri həbs edilmiş təxminən 9,5 min fələstinlini azad etməyə imkan verəcək daimi və geniş atəşkəsin tərəfdarıyıq", - deyə o, Rusiya Federasiyasının münaqişənin həllinə dair prinsipial yanaşmalarını qeyd edib
Lavrov əlavə edib ki, onlar bütün qurbanlara və ehtiyacı olanlara təhlükəsiz və adekvat humanitar çıxışın təmin edilməsinə çağırırlar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net