Lavrov: Pezeşkianın bəyanatları körfəz ölkələrinin yaxınlaşmasına ümid verir
"İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk bəyanatları ziddiyyətləri və inamsızlığı aradan qaldırmaq üçün Fars körfəzinin bütün sahilyanı ölkələrinin yaxınlaşmasına ümid verir".
"Operativ Media" xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı deyib.
"Mən xüsusilə Körfəz ölkələrinin potensialını qeyd etmək istərdim ki, indi İranda keçirilən növbədənkənar seçkilərdən və İranın yeni Prezidenti Məsud Pezeşkianın ilk bəyanatlarından sonra körfəzin bütün sahilyanı ölkələrinin yaxınlaşmasına ümid var. Uzun müddətdir mövcud olan ziddiyyətlərin, inamsızlığın aradan qaldırılması və səylərin ümumi məqbul əsasda birləşdirilməsi maraqları naminə addımlar atılmalıdır. Fələstin xalqının və ümumiyyətlə, regionda sabitlik və mehriban qonşuluq arxitekturası qurulmalıdır", - Lavrov bildirib.