AK Kiyevə 4,2 milyard avro məbləğində yeni yardım ayırıb
Avropa Komissiyası (AK) Ukrayna yardım üzrə Fond çərçivəsində Kiyevə 4,2 milyard avro məbləğində büdcə yardımının ayrılmasını təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyen "X"də məlumat verib.
"Avropa Komissiyası Ukrayna üçün Fond çərçivəsində Kiyev üçün təxminən 4,2 milyard avroluq yeni paketi təsdiqləyib", - deyə o yazıb.
Von der Leyen qeyd edib ki, bu məbləğ nəzərə alınmaqla, Ukrayna büdcəsinə Aİ-dən ayrılan vəsaitin ümumi məbləği 12 milyard avroya çatacaq ki, bu da proqramın icrasına başlanılan yanvarın 1-dən bəri hər ay 2 milyard avroya bərabər olur. Bu fonddan vəsaitin üçdə biri qrant, üçdə ikisi kredit şəklində ayrılır.
Teqlər:
"AK Kiyev\u0259 4 2 milyard avro m\u0259bl\u0259\u011find\u0259 yeni yard\u0131m ay\u0131r\u0131b"