Menyu

İsrail hərbçiləri ölkəyə açılan tuneli partladıblar

İsrail hərbçiləri ölkəyə açılan tuneli partladıblar

"İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında İsrailə doğru gedən yeraltı tuneli məhv ediblər".

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, uzunluğu təxminən 700 metr olan tuneldən fələstinli radikallar hücum məqsədi ilə istifadə ediblər: "Onlar İsrail ərazisinə tunel vasitəsilə nüfuz etməyə çalışıblar". 

Ordu qeyd edib ki, iyun ayında Fələstinin HƏMAS hərəkatının silahlı qanadının dörd üzvü bu tunel vasitəsilə İsrailə daxil olmağa cəhd edib. Onların cəhdi İsrail ordusunun əsgərləri tərəfindən dayandırılıb.

Mətbuat xidmətinin məlumatına görə, bu toqquşma zamanı bir İsrail əsgəri həlak olub. 

 

 

Teqlər:

"\u0130srail h\u0259rb\u00e7il\u0259ri \u00f6lk\u0259y\u0259 a\u00e7\u0131lan tuneli partlad\u0131blar"

Əlaqəli Xəbərlər