Menyu

Lavrov: Qəzzada atəşkəs Fələstin dövləti ilə bağlı danışıqlara kömək edəcək

Lavrov: Qəzzada atəşkəs Fələstin dövləti ilə bağlı danışıqlara kömək edəcək

"Qəzza zolağında atəşkəs Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqların bərpasına kömək edəcək".

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Təhlükəsizlik Şurasının iclaslarında sədr kimi iştirakından sonra BMT-də keçirdiyi mətbuat konfransında deyib.

"Bir çox iştirakçılar qətiyyətli addımların atılmasının tərəfdarı oldular, ilk növbədə, hərbi əməliyyatları dayandırmaq, qeyri-müəyyən atəşkəs elan etmək, kritik humanitar məsələləri həll etmək və təbii ki, İsrailin qeyri-qanuni məskunlaşmalar yaratmaq fəaliyyətini dayandırmaq mövqeyimizlə üst-üstə düşür. Ümid edirik ki, bu, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan Fələstin dövlətinin yaradılması ilə bağlı BMT qərarlarının icrasına dair danışıqların bərpasına şərait yaradacaq", - Lavrov qeyd edib.

Teqlər:

"Lavrov: Q\u0259zzada at\u0259\u015fk\u0259s F\u0259l\u0259stin d\u00f6vl\u0259ti il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlara k\u00f6m\u0259k ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər