Menyu

İran BMT TŞ-ni Qəzza ilə bağlı qətnamə qəbul etməyə çağırıb

İran BMT TŞ-ni Qəzza ilə bağlı qətnamə qəbul etməyə çağırıb

"İran BMT Təhlükəsizlik Şurasını (TŞ) Qəzza zolağında atəşkəs və İsrail qüvvələrinin oradan çıxarılmasını tələb edən hüquqi qüvvəyə malik qətnamə qəbul etməyə çağırır".

"Operativ Media" xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının iclasında çıxış edən İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani deyib.

"Biz Təhlükəsizlik Şurasını BMT Nizamnaməsindən irəli gələn öhdəliklərinə uyğun olaraq lazımi tədbirlər görməyə, o cümlədən BMT Nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq hərtərəfli və hüquqi qüvvəyə malik qətnamənin qəbul edilməsinə çağırırıq. Təhlükəsizlik Şurası İsrail rejimini dərhal Qəzzaya qarşı soyqırımını və təcavüzünü qeyd-şərtsiz dayandırmağa və Qəzzada daimi atəşkəsi təmin etməyə, humanitar yardımın sürətli və maneəsiz çatdırılması üçün nəzarət-buraxılış məntəqələri açmağa məcbur etməlidir", - deyə Baqeri qeyd edib. 

Teqlər:

"\u0130ran BMT T\u015e-ni Q\u0259zza il\u0259 ba\u011fl\u0131 q\u0259tnam\u0259 q\u0259bul etm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər