Menyu

ABŞ: Çinin dialoqu dayandırması sabitliyi pozur

ABŞ: Çinin dialoqu dayandırması sabitliyi pozur

"Çin ABŞ ilə silahlara nəzarət üzrə dialoqu dayandıraraq Rusiya rəhbərliyinə tabe olub və bu, Pekinin strateji sabitliyi pozan qərarıdır". 

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlər üçün keçirdiyi adi brifinqdə deyib.

Miller qeyd edib ki, bu addım təəssüf doğurur və Çin ikitərəfli münasibətlərdə başqa problemlər olduğu halda, silahlara nəzarətin irəliləyişinə nail ola bilməyəcəyini söyləyərək Rusiya rəhbərliyinə boyun əymək qərarına gəlib. Onun fikrincə, bu yanaşma strateji sabitliyi pozur.

"ABŞ Çinlə riskləri azaltmaq üçün xüsusi tədbirlər hazırlamaq və həyata keçirmək üçün açıq qalacaq", - Miller yekunlaşdırıb. 

Teqlər:

"AB\u015e: \u00c7inin dialoqu dayand\u0131rmas\u0131 sabitliyi pozur"

Əlaqəli Xəbərlər