İsveç hökuməti İraqa inkişaf yardımını dayandırmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Xarici Ticarət və Beynəlxalq İnkişaf Əməkdaşlıq naziri Yohan Forssel mətbuat konfransında bildirib.
Bunun səbəbi İraqın yaxşı iqtisadi inkişafıdır. "Bu, böyük maliyyə resurslarına malik olan ölkədir və görünür, öz əhalisi üçün məsuliyyət daşımağı bacarmalıdır", - nazir qeyd edib.
Onun sözlərinə görə, son 10 ildə İraqın inkişafı üçün ayrılan yardımlar təxminən 3 milyard kron (284 milyon dollardan çox) təşkil edib. 2025-ci ildə vəsait axını dayandırılacaq.