Menyu

Ağ Ev: Bayden və Netanyahu arasında görüş ola bilər

Ağ Ev: Bayden və Netanyahu arasında görüş ola bilər

"ABŞ Prezidenti Co Baydenin gələn həftə Vaşinqtona səfəri zamanı İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Kirbi əlavə edib ki, görüşün hansı gün keçiriləcəyini hələlik dəqiq deyə bilməz. 

"Görüş yaxınlaşdıqca, şübhəsiz ki, sizə daha çox məlumat verəcəyik", - Ağ Ev sözçüsü əlavə edib. 

İsrailin Baş naziri iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış etməlidir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər