Menyu

Britaniya sanksiyalar siyahısına Rusiyanın 11 neft tankerini əlavə edib

Britaniya sanksiyalar siyahısına Rusiyanın 11 neft tankerini əlavə edib

Böyük Britaniya hökuməti 11 neft tankerini Rusiyaya qarşı sanksiyalar siyahısına əlavə edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyi məlumat yayıb. 

Söhbət Qabon və Kuk adalarının bayraqları ilə dalğalanan Zaliv Amurskiy, SCF Pechora, SCF Amur, Korolev Prospect, Primorsky Prospect, Rocky Runner, Dynamik Trader, Adygeya, Fighter Two, NS Commander və NS Lotus gəmilərindən gedir. 

Departament qeyd edib ki, sadalanan gəmilər Rusiya tərəfindən Qərb ölkələrinin Rusiya neft və neft məhsulları ticarətinə tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək üçün istifadə edilir. 

Teqlər:

"Britaniya sanksiyalar siyah\u0131s\u0131na Rusiyan\u0131n 11 neft tankerini \u0259lav\u0259 edib"

Əlaqəli Xəbərlər