ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
"ABŞ tərəfi İran Amerika vətəndaşları üçün təhlükə yaradarsa, ona qarşı tədbir görməkdən çəkinməyəcək".
"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə İran hakimiyyətinin ABŞ-nin keçmiş Prezidenti Donald Trampa sui-qəsd hazırlaması ilə bağlı iddiaları şərh edərkən deyib.
"Biz İran rejimini məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik və öz vətəndaşlarımızı, o cümlədən keçmiş məmurları qorumaq və maraqlarımızı İranın təhdidlərindən qorumaq üçün lazım olan hər şeyi etdiyimizə əmin olacağıq", - deyə diplomat qeyd edib.
Patel konkret hansı tədbirlərin müzakirə oluna biləcəyini açıqlamayıb.
İyulun 16-da CNN bildirib ki, Amerika səlahiyyətliləri bir neçə həftədir ki, İranın Trampa sui-qəsd planlaşdırması barədə məlumat alır. Daha sonra İranın BMT-dəki daimi nümayəndəliyi Trampa qarşı sui-qəsd cəhdində iştirakla bağlı Tehrana qarşı ittihamları rədd edib.