Menyu

“Turkish Airlines”də biletlərin bron edilməsi ilə bağlı problem yaranıb

Nərmin Qocamanlı
“Turkish Airlines”də biletlərin bron edilməsi ilə bağlı problem yaranıb

"Turkish Airlines" şirkəti biletlərin bron edilməsinə və qeydiyyatına dair ciddi problemlərə səbəb olan qlobal nasazlıq barədə xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, hazırda aviaşirkətin mobil tətbiqinə daxil olmaq mümkün deyil.

“İnformasiya sistemlərimizdə mövcud olan qlobal texniki problemlə əlaqədar biletlərin alınması, qeydiyyat və bronlaşdırma ilə bağlı çətinliklər yaranıb”, - deyə dəstək xidmətindən bildirib.

Bundan əlavə, Berlindəki Brandenburq beynəlxalq hava limanı və İspaniyanın “Aena” şirkəti də baş vermiş texniki nasazlıqla əlaqədar reyslərdə mümkün gecikmələrlə bağlı xəbərdarlıq edib.

Teqlər:

"\u201cTurkish Airlines\u201dd\u0259 biletl\u0259rin bron edilm\u0259si il\u0259 ba\u011fl\u0131 problem yaran\u0131b"

Əlaqəli Xəbərlər