Menyu

Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb

Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb

Ukrayna və Böyük Britaniya müdafiə qabiliyyətinin inkişafı haqqında saziş imzalayıb. Saziş silahların tədarükü, təmiri və istehsalını nəzərdə tutur.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin dəftərxanası məlumat yayıb. 

Sənəd müdafiə sektorunda Ukrayna-Britaniya layihələrini işə salmağa imkan verir. Söhbət xüsusilə hava hücumundan müdafiə sistemlərinin, zirehli texnikanın və döyüş sursatlarının tədarükü, təmiri və qismən istehsalından gedir.

Müqavilə Britaniya tədarükçülərinin Ukrayna ilə 2 milyard funt-sterlinq (2,5 milyard dollardan çox) məbləğində kredit müqavilələri və başqa müqavilələr imzalaya biləcəyini nəzərdə tutur. Bu məbləğ sonradan artırıla bilər. Kreditin qaytarılma müddəti 15 ildir.

Teqlər:

"Ukrayna v\u0259 Britaniya 2 5 milyard dollar d\u0259y\u0259rind\u0259 m\u00fcdafi\u0259 sazi\u015fi imzalay\u0131b"

Əlaqəli Xəbərlər