Menyu

Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var

Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var

"Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) BMT-nin sülhməramlı əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri olduğunu düşünür". 

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

"KTMT ilə BMT arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən razıyıq. Biz Əfqanıstana diqqət yetirməklə regional məsələlər üzrə koordinasiyanın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk", - deyə nazir müavini bildirib. 

Verşinin sözlərinə görə, birliyin BMT-nin sülh əməliyyatlarında iştirakı üçün lazımi hüquqi baza artıq formalaşıb. 

Diplomat vurğulayıb ki, BMT ilə KTMT arasında əməkdaşlıqda müsbət meyillərin və onun praktiki nəticələrinin BMT Baş Assambleyasının ənənəvi qətnaməsində əks olunması vacibdir.

Teqlər:

"Rusiya X\u0130N: KTMT-nin BMT \u0259m\u0259liyyatlar\u0131na qo\u015fulmas\u0131 \u00fc\u00e7\u00fcn yax\u015f\u0131 perspektivl\u0259ri var"

Əlaqəli Xəbərlər