Menyu

Braziliya Kolumbiyanın BRICS üzvlüyünə namizədliyini irəli sürüb

Braziliya Kolumbiyanın BRICS üzvlüyünə namizədliyini irəli sürüb
1 dəq oxu

Braziliya Kolumbiyanın yeni BRİCS üzvü kimi namizədliyini irəli sürüb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Braziliyanın Rusiya Federasiyasındakı səfiri Rodriqo de Lima Baena Soareş məlumat verib.

"Prezidentimiz Luis İnasio Lula da Silva Kolumbiyanı BRİCS-in yeni tamhüquqlu üzvü kimi təklif etdi, bu məsələ assosiasiya üzvləri tərəfindən müzakirə edildi", - deyə Soareş bildirib.

"Bundan sonra hansı ölkənin qoşulacağını söyləmək hələ də çətindir, o cümlədən Latın Amerikasından olan bir sıra namizədlər var, məncə, BRICS-in Kazan sammiti bu məsələni müzakirə etmək üçün əla fürsət olacaq", - diplomat əlavə edib. 

Əlaqəli Xəbərlər