Menyu

Türkmənistan Prezidenti fon der Lyayeni yenidən Avropa Komissiyasının sədri seçilməsi münasibətilə təbrik edib

Türkmənistan Prezidenti fon der Lyayeni yenidən Avropa Komissiyasının sədri seçilməsi münasibətilə təbrik edib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Ursula fon der Lyayeni yenidən Avropa Komissiyasının (AK) sədri seçilməsi münasibətilə təbrik edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə TDH dövlət agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Berdiməhəmmədov Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə qurulan əlaqələrin daha da gücləndirilməsinə sadiq olduğunu bildirib. Dövlət başçısı ölkəsinin Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında regional əməkdaşlıq çərçivəsində bu əlaqələrin inkişafını dəstəklədiyini qeyd edib, perspektiv sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın təşviqi üçün səylər göstərməyə hazır olduğunu vurğulayıb. Berdiməhəmmədov AK sədrinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, eləcə də vəzifəsində bundan sonra da böyük uğurlar əldə etməsini arzulayıb.

Teqlər:

"T\u00fcrkm\u0259nistan Prezidenti fon der Lyayeni yenid\u0259n Avropa Komissiyas\u0131n\u0131n s\u0259dri se\u00e7ilm\u0259si m\u00fcnasib\u0259til\u0259 t\u0259brik edib"

Əlaqəli Xəbərlər