WP: ABŞ Məxfi Xidməti Trampı qorumaq üçün əlavə resurslar ayırmaqdan imtina edib
Son iki ildə ABŞ Məxfi Xidmətinin rəhbərliyi keçmiş Prezident Donald Trampın müdafiəsini gücləndirmək üçün əlavə resurslar ayırmaqdan dəfələrlə imtina edib.
"Operativ Media" xəbər verir ki, bu barədə şənbə günü "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, keçmiş Prezidenti qorumaq vəzifəsi daşıyan zabitlər Trampın iştirak etdiyi idman tədbirlərinə və digər ictimai toplantılara gələn qonaqları yoxlamaq üçün maqnitometrlər və əlavə personal, eləcə də digər açıq hava tədbirlərində snayperlərdən və mütəxəssislərdən ibarət əlavə komandalar tələb ediblər. Məxfi Xidmət rəhbərliyi tez-tez bu istəkləri təmin etməkdən imtina edib və bunu, resursların çatışmazlığı ilə izah edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net