Aİ ölkələri Türkiyədən PUA sifarişi veriblər
Bir sıra Avropa İttifaqı ölkələri Türkiyədən pilotsuz uçuş aparatları (PUA) sifariş edib.
"Operativ Media" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Xüsusən də, Qərb ölkələri bir-birinin ardınca sifariş verirlər. Hansı ölkələr olduğunu deməyəcəyəm, amma Aİ ölkələrinin bizə bu cür sifarişlər verməsi bizi sevindirir”, - deyə Ərdoğan qeyd edib.
O xatırladıb ki, Türkiyə artıq öz peykini yaradıb və onu kosmosa göndərib, hazırda isə öz təyyarəsini yaradır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net