İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının hərbi obyektinə hücum edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, zərbələr əsgərlər Livanın cənubundakı Çixine bölgəsində yerləşən hərbi strukturun ərazisinə daxil olan Hizbullah üzvünü müəyyən etdikdən sonra həyata keçirilib.
Bundan əlavə, İsrail ordusu təhdidləri aradan qaldırmaq üçün Livanın Mays əl-Cəbəl və Kfar Şuba bölgələrinə zərbələr endirib.
Teqlər:
"\u0130srail ordusu Hizbullah m\u00f6vqel\u0259rin\u0259 h\u00fccum edib"