Menyu

KİV: Ərdoğan və Əsəd avqustda Moskvada görüşə bilər

KİV: Ərdoğan və Əsəd avqustda Moskvada görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında Moskvada baş tuta bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Daily Sabah" qəzeti danışıqların şərti olaraq avqustda baş tuta biləcəyini qeyd edən mənbəyə istinadən bildirib. 

Nəşrin məlumatına görə, İraqın Baş naziri Məhəmməd əl-Sudani görüşə dəvət oluna bilər, lakin çox güman ki, İran bu görüşə dəvət edilməyəcək.

"Daily Sabah" Türkiyə qoşunlarının Suriyanın şimalından çıxarılması məsələsinin daha sonra müzakirə olunmasına qərar verildiyini və ilk görüşdə əsas məsələlərdən birinin ikitərəfli ticarət məsələləri olacağını bildirib. 

Türkiyə rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər. 

Teqlər:

"K\u0130V: \u018frdo\u011fan v\u0259 \u018fs\u0259d avqustda Moskvada g\u00f6r\u00fc\u015f\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər