Menyu

Finlandiya XİN: Aİ Macarıstanın İttifaqda olması barədə düşünməlidir

Finlandiya XİN: Aİ Macarıstanın İttifaqda olması barədə düşünməlidir

"Əgər Macarıstanın dəyərləri Avropa İttifaqının (Aİ) ideyalarından çox fərqlidirsə, o zaman Aİ-nin Macarıstan üçün uyğun bir birlik olub-olmadığını düşünməyə dəyər".

"Operativ Media" xəbər verir ki, bu fikri Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

"Macarıstanın məsələn, Moskva və Pekinə səfər edərkən özünü Aİ nümayəndəsi kimi təqdim etməsi və ya belə təəssürat yaratması qəbuledilməzdir. Ayrı-ayrı ölkə öz fikirlərini ifadə edə bilər, ancaq bunu Aİ sədri kimi edə bilməz", - Valtonen Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair finlandiyalı jurnalistlər üçün brifinqdə deyib.

 

Teqlər:

"Finlandiya X\u0130N: A\u0130 Macar\u0131stan\u0131n \u0130ttifaqda olmas\u0131 bar\u0259d\u0259 d\u00fc\u015f\u00fcnm\u0259lidir"

Əlaqəli Xəbərlər