Menyu

Somali ordusu 80 əş-Şəbab yaraqlısını məhv edib

Somali ordusu 80 əş-Şəbab yaraqlısını məhv edib

"Somalinin cənubunda baş verən qarşıdurmalar zamanı radikal islamçı Əl-Şəbab qruplaşmasının 80-dən çox silahlısı üç hərbi bazanı ələ keçirməyə cəhd edərkən öldürülüb".

"Operativ Media" xəbər verir ki, bu barədə Somalinin SONNA agentliyi məlumat yayıb. 

Yerli təhlükəsizlik rəsmisi bildirib ki, hökumət qüvvələri hücumu dəf edib və Cubaland əyalətinin Kismayo liman şəhərindən təxminən 80 kilometr cənub-qərbdə bomba yüklü dörd avtomobili zərərsizləşdirib.

"Biz 80-dən çox "Əş-Şəbab" yaraqlısını öldürən və onların silahlarını ələ keçirən federal və Jubaland qüvvələrinə təşəkkür edirik", - hökumətin bəyanatında qeyd edilib.

Keniya ilə sərhəd yaxınlığında yerləşən Cubaland əvvəllər Əl-Şəbab yaraqlılarının nəzarətində olub, lakin hökumət qüvvələri üç ay əvvəl yaraqlıları sıxışdırmağa başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər