İsrail UNRWA-nın bağlanmasına dair üç qanun layihəsini qəbul edib
Knesset (parlament) İsraildə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bağlanmasını nəzərdə tutan üç qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti yazır.
Məlumata görə, UNRWA-nın İsrail ərazisində fəaliyyətini qadağan edən üç qanun layihəsindən birincisi 58 leyhinə, əleyhinə 9 səslə qəbul edilib. İkincisi isə agentliyin əməkdaşlarını BMT-nin İsraildəki əməkdaşlarına verilən toxunulmazlıq və imtiyazlardan məhrum etməyə yönəlib. Bu layihəni 63 deputat dəstəkləyib, 9-u əleyhinə çıxıb. Üçüncü – UNRWA-nı İsraildə terror təşkilatı elan edən və daha sonra onunla bütün əlaqələrini kəsən qanun layihəsi 50 millət vəkilinin dəstəyini qazanın, 10-u əleyhinə çıxıb.
Nəşr qeyd edir ki, hər üç qanun layihəsi ikinci və üçüncü oxunuşlara hazırlamaq üçün Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinə göndərilib.
Teqlər:
"\u0130srail UNRWA-n\u0131n ba\u011flanmas\u0131na dair \u00fc\u00e7 qanun layih\u0259sini q\u0259bul edib"