Latviya Ukraynaya 500-dən çox dron göndərib
Nərmin Qocamanlı
Latviyanın müdafiə naziri Adris Spruds Kiyevə pilotsuz təyyarələrin yeni partiyasının Ukraynaya göndərildiyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, o, "X" sosial şəbəkəsində yazıb ki, “500-dən çox drondan ibarət dəstə Ukraynaya səyahətə başlayır”.
Latviyanın baş naziri Evika Silina apreldə demişdi ki, hakimiyyət tezliklə Ukraynaya Latviyada istehsal edilən 1 milyon avro dəyərində pilotsuz təyyarələrin ilk partiyasını göndərəcək.
Yazda Ukrayna prezidenti Vladimir Zelenski və Latviya prezidenti Edqars Rinkeviç ikitərəfli təhlükəsizlik sazişi imzalayıb. Riqa Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in 0,25%-ni ayırmağa söz verib. Müqavilənin müddəti 10 ildir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net